"Çelsi" "Nyukasl"ın futbolçusu Sandro Tonalini heyətinə cəlb etmək istəyir.
Offsideplus.az "Football Insider"ə istinadən xəbər verir ki, "zadəganlar" yarımmüdafiəçinin transferini qış transfer pəncərəsində deyil, 2026-cı ilin yayında reallaşdırmağı planlaşdırır.
"Nyukasl” isə 25 yaşlı futbolçunu yola salmaqda maraqlı deyil.
Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, cari mövsümdə Tonali "Nyukasl"ın heyətində bütün turnirlərdə 24 matça çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.



