"Çelsi" klubu ötən gün baş məşqçisi Entso Mareska ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, hazırda onu əvəzləməyə əsas namizəd Liem Rosenyordur.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
41 yaşlı Rosenyor "Strasburq" klubunu çalışdırır. Onun komandası 23 xalla Fransa çempionatında 7-ci yerdədir.



