İngiltərə Premyer Liqasında XIX turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Liverpul" ilin ilk oyununda "Lids"i qəbul edib.
Görüş başladığı kimi də başa çatıb - 0:0.
"Liverpul" 33 xalla 4-cü yerdədir. "Lids" isə 21 xalla 16-cı yerin sahibidir.
Eyni vaxtda başlayan digər oyun da heç-heçə başa çatıb.
"Kristal Palas" və "Fulhem" hərəyə 1 xal qazanıb.



