İngiltərə Premyer Liqasının nəhəngi "Mançester Siti" türkiyəli istedad Arda Güler üçün rəsmi addım atmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, klubdakı mənbələrin məlumatına görə, “şəhərlilər” "Real Madrid"ə gənc ulduz üçün 100 milyon avroluq təklif hazırlayır.
Məlumata görə, Pep Quardiola Arda Gülerin oyun zəkasını, dar sahədəki üstün texniki imkanlarını və gələcəyin ən böyük yaradıcı orta sahə oyunçularından biri olacağını düşünür. Bu səbəbdən transferin baş tutması baş məşqçi üçün “mütləq prioritet” hesab olunur.
"Real Madrid" tərəfi isə Ardanın inkişafından son dərəcə məmnun olduğu üçün oyunçunun satışına isti yanaşmır. Bununla belə, 100 milyon avroluq təklifin klub daxilində “dəyərləndirilə biləcək” səviyyədə olduğu bildirilir.
Transfer pəncərəsi yaxınlaşdıqca danışıqların daha da qızışacağı gözlənilir.




