"Arsenal"ın kapitanı Martin Odeqaard "Vest Hem"lə oyunda sıradan çıxmışdı.

Offsideplus.az xəbər verir ki, norveçli futbolçu noyabrın sonlarına qədər meydanlardan uzaq qalacaq.

Bu barədə "BBC" məlumat yayıb.

Odeqaard son 3 Premyer Liqa oyununda zədəsinə görə matçı ilk hissədən tərk etməli olmuşdu.

O, cari mövsüm 7 oyunda meydanda olub və 2 məhsuldar ötürmə ilə çıxış edib.