"Arsenal" klubu Uilyam Salibanın müqavilə müddətini uzadacaq.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub. Rəsmi açıqlamanın yaxın zaman ediləcəyi gözlənilir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Yeni sözləşmənin müddəti 2030-cu ilə qədər olacaq.
Saliba 2022-ci ildən "Arsenal"da çıxış edir. O, burada 140 oyuna çıxıb və 7 qol vurmağı bacarıb.
"Real Madrid" fransalı müdafiəçi ilə yaxından maraqlansa da, onun seçimi klubunda qalmaq olub.



