"Liverpul" "transfer pəncərəsi" bağlanmamış daha bir keçidi tamamlamağa çalışır.
Offsideplus.az xəbər verir ki, "qırmızılar" Mark Qehi üçün "Kristal Pelas"la danışıqlar aparır. Mersisayd təmsilçisi bu keçidi bitirəcəyinə inanır. Ancaq onlar zamana qarşı mübarizə aparır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Qehi 2021-ci ildən "Kristal Pelas"da çıxış edir. 25 yaşlı müdafiəçi London klubunda 162 oyuna çıxıb və 9 qol vurub.



