"Sportinq"dən ayrılması gözlənilən Viktor Gyökereş yeni klubunu seçib.
Offsideplus.az xəbər verir ki, karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyən isveçli hücumçu seçimini "Mançester Yunayted"dən yana edəcək. "Qırmızı şeytanlar"ın Çempionlar Liqasına vəsiqə qazanmamasına baxmayaraq, 27 yaşlı ulduz bu komandaya keçməyə razılıq verib.
Belə ki, komandanın baş məşqçisi Ruben Amorim sabiq futbolçusu ilə əlaqə saxlayaraq, onu komandasına çağırıb. "Sportinq"in Gyökereş üçün 70 milyon avroya yaxın bir məbləğ istəməsi gözlənilir.