“Arsenal” yay transfer pəncərəsi ərəfəsində “Milan”ın hücumçusu Rafael Leaunu siyahısına daxil edib. 

Offsideplus.az xəbər verir ki, London klubunun vingerə maraq göstərməsinə baxmayaraq, o, “topçular” üçün prioritet transfer hədəfi deyil. Lakin təxminən 10 gün əvvəl “Arsenal”ın idman direktoru Andrea Berta Leaunun özü ilə telefon danışığı aparıb.

Bu mövsüm Leau bütün turnirlərdə 50 oyunda iştirak edib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 75 milyon avro təşkil edir.