Madrid "Real"ının və Braziliya millisinin vingeri Rodriqo Qoes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, futbolçu ilə ciddi şəkildə maraqlanan klub “Çelsi”dir. London təmsilçisi Rodriqo üçün “şokedici” təklif hazırlayır. Qeyd olunur ki, Rodriqo artıq "Real"dan ayrılmağa çox yaxındır.
Bundan əvvəl yayılan məlumatlarda futbolçunun "Real Madrid"dəki rolundan narazı olduğu və komandadan ayrılmaq barədə düşündüyü bildirilmişdi.
Qeyd edək ki, Rodriqo cari mövsümdə "Real Madrid"in heyətində bütün turnirlər daxil olmaqla 50 oyunda iştirak edib, 13 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla olan mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, braziliyalı oyunçunun bazar dəyəri 100 milyon avrodur.