“Mançester Siti” Florian Virts transferindən geri çəkilib.

Offsideplus.az xəbər verir ki, “şəhərlilər” almaniyalı futbolçuya məvacibi ilə birlikdə 300 milyon avro ödəmək istəmir.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Virtsin bu yay “Bayer”i tərk edəcəyi gözlənilir. Onunla “Bavariya”, “Liverpul” və “Real” yaxından maraqlanır.