"Mançester Siti" 15 iyunda start götürəcək Klublararası Dünya Çempionatından öncə "Bayer"in yarımmüdafiəçisi Florian Virts və "Milan"ın yarımmüdafiəçisi Teun Reyndersin transferinə 180 milyon funt sterlinq (214,2 milyon avro) xərcləməyə hazırdır.
Offsideplus.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi Virtsin transferi üçün 100 milyon funt sterlinqdən (təxminən 119 milyon avro) çox məbləğ tələb edir. Lakin bu qiymət "şəhərlilər"i qorxutmur. Digər tərəfdən, "Milan" Reyndersin transferi üçün "Mançester Siti"yə 56 milyon funt sterlinqdən (təxminən 66 milyon avro) artıq məbləğ ödəməli olduqlarını bildirib.
Qeyd olunur ki, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola 33 yaşlı Kevin De Bröyneni əvəzləyəcək oyunçu kimi Virtsi görür. Həmçinin, həm Virts, həm də Reynderslə Madrid "Real"ının da maraqlandığı vurğulanır.



