West Ham-ın yarımmüdafiəçisi Cek Uilşir Arsenal-dan ayrılmasının səbəbini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Arsen Vengerin baş məşqçi postundan istefa verməsi Uilşirin klubdan getməsinə səbəb olub. “Əgər Venqer qalsaydı, mən getməzdim. Onun karyeramda əvəzsiz rolu var. Kapitan sarğısını mənə etibar etmişdi. Hörmətlə yanaşırdı. Arsenal-da qalmağı düşünürdüm. Hətta dedi ki, qal və əsas heyətdə möhkəmlən. Baş məşqçi mənə inanırdı. Onun tövsiyəsinə əməl etməyə çalışırdım. Lakin Vengersiz klubda qalmaq asan deyildi”,- Uilşir bildirib.