İngiltərənin “Liverpul” klubu hücum xəttini gücləndirmək məqsədilə “Nyukasl Yunayted”in futbolçusu Aleksandr İsakı transfer etmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi, 25 yaşlı hücumçunun komandaya qatılması üçün ciddi səylər göstərir.

Bununla belə, “sağsağanlar”ın rəhbərliyi isveçlini satmaq niyyətində deyil və potensial alıcıları çəkindirmək üçün onun transfer qiymətini 150 milyon funt sterlinqdən yuxarı müəyyən edib.

Qeyd edək ki, İsak cari mövsüm çempionatda 25 oyuna çıxıb. O, 19 dəfə rəqib qapılarına yol tapıb və 5 məhsuldar ötürmə edib.