"Mançester Yunayted" "Barselona"nın sabiq oyunçusunu transfer etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" hazırda "Sportinq"in şərəfini qoruyan Fransisko Trinkaonu heyətinə cəlb etməyi planlaşdırır. Bu barədə İngiltərə mediasından "Mirror" məlumat yayıb.
Mançester klubunun yay "transfer pəncərəsi"ndə portuqaliyalı hücumçu üçün təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki, Trinkao karyerası ərzində "Braqa", "Barselona", "Vulverhempton", "Sportinq" kimi klubların formasını geyinib.