Liverpool-un müdafiəçisi Alberto Moreno Real və Barcelona-nın maraq dairəsinə düşüb.

Offsideplus.az “The Mirror” nəşrinə istinadən xəbər verir ki, gələn ilin yayında mersisaydlılarla müqaviləsi başa çatacaq ispan futbolçu karyerasını ölkəsində davam etdirə bilər.

İspaniya nəhəngləri bu mövsüm ingilis klubunda heç bir oyun keçirməyən 26 yaşlı oyunçunu mövsümün sonunda heyətinə qatmaq istəyir.