"Çelsi" ulduz futbolçusu üçün fantastik məbləğ tələb edir.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" Enzo Fernandez üçün gələn transfer təklifləri ilə maraqlandıqlarını açıqlayıb. Bu barədə "TNT Sports" məlumat yayıb.

London klubu Enzo üçün 80 milyondan artıq irəli sürülən təklifləri qiymətləndirəcəklərini bildirib.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə "Çelsi" forması ilə 35 oyuna çıxıb və 5 qola, 9 məhsuldar ötürməyə imza atıb.