Çelsi Türkiyə millisinin və "Yuventus"un uğurlu futbolçularından Kenan Yıldızı transfer etməkdə israrlıdır.
Offsideplus.az xəbər verir ki, İngiltərə Premyer Liqa təmsilçisi "Çelsi" "Yuventus"un gənc ulduzu Kenan Yıldızı heyətinə qatmaq üçün səylərini sürətləndirib.
"Zadəgənlar" artıq oyunçu üçün qarşı tərəfə təklifdə göndəriblər. London komandası 18 yaşlı istedadlı futbolçu üçün təxminən 80 milyon avroluq transfer haqqı ödəməyə hazır olduğunu bildirib. Əgər bu transfer gərçəkləşərsə Türkiyə futbol tarixi üçün önəmli hadisə ola bilər.
Turin təmsilçisinin isə gənc oyunçusunu satmağa hazır olub-olmadığı hələ dəqiq deyil. Yay transfer dövründə Yıldızın gələcəyi ilə bağlı mühüm hadisələrin yaşanacağı gözlənilir.
Qeyd edək ki, bu mövsüm "Yuventus" forması ilə 39 rəsmi matçda 2614 dəqiqə meydanda olan Kenan Yıldız 6 qol vurub, 4 məhsuldar ötürmə edib. Milli futbolçunun İtaliya nəhəngi ilə 2029-cu ilə qədər müqaviləsi var.