Keçmiş İngiltərə milli futbolçusu Ceymi Karrager, "Mançester Yunayted"in Portuqaliyalı baş məşqçisi Ruben Amoriminin fəaliyyətini sərt şəkildə tənqid edib.

Offsideplus.az xəbər verir ki, Amorim, üç ay əvvəl Erik ten Haqın yerinə təyinat alıb və Premyer Liqada keçirdiyi 15 oyunun yalnız dördünü qazanıb.

Karrager, klub sahibi Sir Cim Ratklayfın Amorimi baş məşqçi təyin etmə qərarından peşman ola biləcəyini bildirib:

"'Mançester Yunayted"in birdən-birə möhtəşəm performans göstərməsini gözləmirdim, amma hal-hazırda gördüklərim də məyusluq yaradır. Amorim lazımi təcrübəyə malik deyil".