"Mançester Siti"nin qapıçısı komandadan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, Ederson yay "transfer pəncərəsi"ndə "şəhərlilər"dən ayrılmağı planlaşdırır.
Təcrübəli qolkiper keçmiş klubu "Benfika"ya qayıtmaq niyyətindədir.
Xatırladaq ki, təcrübəli "əlcək sahibi" 2017-ci ilin iyul ayından "Mançester Siti"də çıxış edir.