Rəcəb Tayyib Ərdoğan ilə çəkdirdiyi fotodan sonra Almaniyada təzyiqlərlə üzləşən və milli karyerasını bitirməyə qərar verən Mesut Özillə bağlı eks-məşqçisindən açıqlama gəldi.
Offsideplus.az xəbər verir ki, Millətlər Liqasına pis başlayan və üç matçda sadəcə bir xal qazana bilən Almaniya milli komandasında işlərin yolunda getmədiyi zamanda Arsen Vengerdən Yoahim Lövə təklif gəldi.
"Bild"ə danışan Venger, Mesut Özilin milli komandaya dönməsinə ehtiyacın olduğu bildirərək, "Almaniyanın Özilə ehtiyacı var. Ümid edirəm, Löv onu geri döndərməyə razı sala bilər. O mükəmməl bir futbolçudur. Ancaq milli komandada oynamaması ona təsir edə bilər." dedi.
Xatırladaq ki, Millətlər Liqasında oynadığı üç matçda Hollandiyaya 3-0, Fransaya isə 2-1 hesabı ilə məğlub olan Almaniya yeganə xalını Fransa ilə 0-0 bərabərə qalaraq əldə edib.


