"Lester" klubu İngiltərə Premyer Liqasında antirekord müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, Rud van Nistelroyun rəhbərlik etdiyi komanda çempionatda qol vurmadan ardıcıl 6 ev məğlubiyyətinə düçar olub.

Antirekord dünən "Brentford"a 0:4 hesablı məğlubiyyətdən sonra rəsmiləşib. Bu uğursuzluğa qədər "Lester" doğma azarkeşlər önündə "Arsenal" (0:2), "Fulhem" (0:2), "Kristal Palas" (0:2), "Mançester Siti" (0:2) və "Vest Hem"ə (0:3) uduzub. 

Hazırda komanda 17 xalla 20 kollektiv arasında 19-cu yerdə qərarlaşıb.