"Vestham"ın oyunçusu karyerasını Polşa çempionatında davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "Poqon" Luizaonu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı oyunçu mövsümün sonuna qədər icarəyə götürülüb.
Qeyd edək ki, gənc müdafiəçi daha öncə "Sao Paulo"nun da formasını geyinib.