"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola əsas heyətin birdən-birə 3 ulduzu lə vidalaşmaq qərarı verib.
Offsideplus.az xəbər verir ki, ispaniyalı çalışdırıcı klubda əsaslı dəyişikliklər etmək nyyətində olduğundan yayda bütün planlarını həyata keçirmək niyyətindədir. Belə ki, Kevin de Bruyne, Bernardo Silva və İlkay Gündoğanın transferə çıxarılacağı gözlənilir.
Bundan başqa, Fil Fodenn gələcəyi də sual altındadır. Onunla "Real" və "Bavariya" klbuları yaxından maraqlanırlar. Futbolçunun transferi müqabilində 150 milyon avro dəyərində cəlbedici təklifin irəli sürülməsi "Mançester Siti"nin daha bir ulduz oyunçunu itirməsinə səbəb ola bilər.