"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 14-cü turunun matçında "Nottingem Forest" üzərində qələbəni (3:0) dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Təcrübəli çalışdırıcı bunları söyləyib:
“Açar nə idi? Kevin De Bröyne əla idi, xüsusən də birinci hissədə. O, "fit" olanda bizim üçün çox önəmlidir. Onun Almaniyadan gəlişindən uzun illər keçib...
Cek Qriliş həqiqətən yaxşı idi. Ötürmələrlə bizə çox kömək oldu. Oyunun tempini artırmaq lazım gələndə onun sürəti işə yarayırdı. Həqiqətən yaxşı, döyüşdü. Bu qələbənin dönüş nöqtəsi olub-olmayacağını bilmirəm. Biz bunu bir daha sübut etməliyik. Bu, sadəcə bir oyundur, lakin bu seriyanı qırmaq vacib idi”.