"Əl Hilal" və "Barselona" "Liverpul"un hücumçusunun transferi uğrunda savaşır.
Offsideplus.az xəbər verir ki, söhbət Mohamed Salahdan gedir. Adıçəkilən klublar misirli oyunçu Mersisayd təmsilçisi ilə müqaviləni yeniləməsə, mümkün transfer üçün hərəkətə keçəcək.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Qeyd edək ki, Salahın "Liverpul"la müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.