Ruben Amorimin ilk transfer hədəfi bəlli olub.

Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted"in yeni baş məşqçisi artıq transfer çalışmalarına başlayıb. O, Xvica Kvaratsxeliyanı komandaya cəlb etmək istəyir. Bu barədə "Fichajes" məlumat yayıb.

Klub rəhbərliyinin qısa müddət ərzində "Napoli" ilə danışıqlara başlayacağı qeyd olunub.