"Mançester Yunayted"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, məlumatı "qırmızı şeytanlar"ın mətbuat xidməti yayıb.

İngiltərə nəhəngi 39 yaşlı Ruben Amorimə tapşırılıb. Müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atan portuqaliyalı mütəxəssis bu postda Erik ten Haqı əvəzləyib.