Pep Qvardiola Erik Ten Haqın "Mançester Yunayted"dən göndərilməsinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis bu sözləri deyib:
"Erik Ten Haq üçün təəssüflənirəm. Onunla əlaqəm yaxşıdır və Ten Haq davranışları ilə "Mançester Yunayted"i yüksək şəkildə təmsil edib. Bu iş həmişə nəticələrdən asılıdır, risk altında oluruq. O, daha güclü qayıdacaq".
Qeyd edək ki, "Mançester Yunayted" hazırda turnir cədvəlində 14-cü yerdədir.