"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola milli komandalar üçün oynayaraq zədələnən futbolçularla bağlı maraqlı fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, informasiyanı "City Xtra" nəşri yayıb.
Təcrübəli mütəxəssis bunları söyləyib:
"Mən daim "Mançester Siti"nin oyunçularını milli komandalarına qatılmağa motivasiya edirəm. Bu, zövqverici bir məqam olmalıdır. Amma futbolçu yoxlama görüşünə gəlsə, zədəli qayıda bilməz. Klub bizə maaş verir. Milli komandalar isə bunu etmirlər, ona görə də kluba və dəyərlərinə hörmət etmək gərəkdir".