"Atalanta”nın futbolçusu Şarl de Ketelare karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, informasiyanı "TeamTalk" yayıb.
Məlumata görə, yarımmüdafiəçi "Arsenal"ın diqqət mərkəzindədir. "Topçular"ın baş məşqçisi Mikel Arteta şəxsən onun komandaya cəlb olunmasını istəyib.
Qeyd edək ki, "Transfermarkt" futbolçununu dəyərini 34 milyon avro qiymətləndirir.