"Mançester Siti"də baş məşqçi Pep Qvardiola vəzifəsindən getsə, onu əvəzləyəcək şəxs bəlli olub.

Offsideplus.az "Athletic" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" "Bayer 04" komandasını çalışdıran Xabi Alonso ilə maraqlanır. Pep İngiltərə klubundan ayrılsa, baş məşqçi vəzifəsinə əsas namizəd Alonsodur və klub bu mütəxəssis üçün hərəkətə keçəcək.

Qeyd edək ki, Qvardiolanın klubla müqaviləsinin müddəti 2025-ci ilin iyun ayında başa çatacaq.