Pep Qvardiola "Mançester Siti"nin məhkəməyə çağırılmasına münasibət bildirib

Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis bu sözləri deyib:

"Mən hüquqşünas deyiləm, nə də ki, Erlinq (Haaland). Nə olacağını gözləyəcəyik. İnsanların nə gözlədiyini də bilirəm. Bu barədə illərdir ki, oxuyuram. Amma sübut olunmayıbsa, heç kəs cinayətkar deyil".

Qeyd edək ki, "şəhərlilər"in 115 maliyyə pozuntusu iddiası ilə məhkəməsi 16 sentyabrdan başlayacaq. Yekun qərarın 2025-ci ilin mart ayında verilməsi gözlənilir.