"Mançester Siti" klubunun 115 qayda pozuntusuna görə məhkəməsi 16 sentyabrdan etibarən başlayır.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" 115 maliyyə qaydasını pozmaqda ittiham olunur. Yekun qərar təxminən 2025-ci ilin mart ayında veriləcək və bu müddətə qədər məhkəmə işi davam edəcək. 

"Siti"nin 2009-cu ildən 2018-ci ilədək maliyyə feyr-pley qaydalarına əməl etmədiyi iddia olunur. Klubun ödənişlərin hesabatını gizlətdiyi bildirilir.