“Arsenal”ın futbolçusu Leandro Trossard klubu tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, “Əl-İttifaq” 29 yaşlı belçikalı ilə maraqlanır.  Səudiyyə Ərəbistanı təmsilçisi oyunçu üçün 35 milyon avro təklif edib. 

Baş məşqçi Mikel Arteta Trossardın komandada qalmasını istəyir.

Bu mövsüm İngiltərə Premyer Liqasının ilk 3 turunda 1 qol vuran yarımmüdafiəçi “Arsenal”ın əsas üzvlərindən sayılır.