Arda Gülər karyerasını İngiltərədə davam etdirə bilərmiş.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçini "Mançester Yunayted" transfer etmək istəyib. "Qırmızı şeytanlar" türkiyəli üçün 100 milyon avronu gözdən çıxarıb. Lakin "Real" rəhbərliyi təklifə "yox" deyib.

Qeyd edək ki, Arda Gülər ötən mövsüm La Liqada 10 qarşılaşmada 6 qol vurub.