Argentinalı hücumçu Julian Alvares “Mançester Siti”dəki gələcəyi haqda danışıb.

Offsideplus.az xəbər verir ki, o, vacib oyunlarda komandasına dəstək olmaq istədiyini bildirib:

“Keçən mövsüm komandada ən çox dəqiqə keçirən futbolçulardan biri idim. Amma ən vacib matçlarda start heyətdən kənarda qalmağı xoşlamıram. Töhfə vermək istəyirəm. Gələcəyim barədə qərar verməyə tələsmirəm".

Onun komanda ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.

24 yaşlı oyunçu geridə qalan mövsümdə 54 oyunda 19 qol vurub, 13 məhsuldar ötürmə ilə yadda qalıb