Kevin De Bröyne "Mançester Siti"dən ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi ilə Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu yaxından maraqlanır.

"Şəhərlilər"in çalışdırıcısı Xosep Qvardiola belçikalı ilə bağlı "Daily Mail"ə açıqlama verib:

“Kevin getməyəcək. Kimsə getsə, bu haqda danışarıq. Təbii ki, son günə qədər transfer etmək şansımız var. Yeni oyunçuların ola biləcəyini istisna etmirəm. Amma eyni heyətə sahib olma ehtimalımızın 85-90% olduğunu düşünürəm”.