"Lester Siti"nin baş məşqçisi Enzo Mareska "Çelsi"yə baş məşqçi təyin olunmağa yaxındır.

Offsideplus.az xəbər verir ki, mütəxəssis artıq "mavilər"ə rəhbərlik etməyə razılaşıb, tərəflər müqavilənin müddətini müzakirə edir. Sözləşmə 3 illik, ya da daha bir mövsüm uzatma şərti ilə 2 il ola bilər.

İndi klublar məşqçinin transferinə görə təzminatla bağlı razılığa gəlməlidir.