İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Evening Standart"a istinadla xəbər verir ki, London təmsilçisi ABŞ-nin MLS liqasında mübarizə aparan "Nyu York Red Bull" klubunun sol cinah vingeri Culien Hollla danışıqlar aparır.

Məlumata görə, "Çelsi" 15 yaşlı futbolçu ilə artıq ilkin şərtlərdə razılıq əldə edib.

Onun keçidinin yanvarda həyata keçirilməsi gözlənilir.