İngiltərə Premyer Liqasının 7-ci turunun "Tottenhem" - "Liverpul" (2:1) matçında VAR hakimləri Darren İnqland və Daniel Kuk cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

Hakimlərin 8-ci turda İngiltərə Premyer Liqasının digər oyunlarının idarəçiliyinə cəlb olunmayacağı bildirilir. İnqland və Kukun "Nottinqem Forest" - "Brentford" və "Fulhem" - "Çelsi" oyunlarında təyinatı planlaşdırılırdı.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 7-ci turunda "Tottenhem"in "Liverpul"la qarşılaşmasında Mersisayd təmsilçisinin futbolçusu Luis Diazın vurduğu təmiz qol matçın baş hakimi tərəfindən nəzərə alınmayıb. VAR sistemi onu müəyyən etməyə kömək etməli idi, lakin qərara müdaxilə edilməyib.