Bugünlərdə "Barselona"ya keçən Joao Feliksə Kataloniya təmsilçisindən öncə "Liverpul" da "elçi düşüb".

 Offsideplus.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, 23 yaşlı hücumçu İngiltərə klubunun təklifini geri çevirib.

Belə ki, "Liverpul" Darvin Nunyesi portuqaliyalı forvardla əvəzləmək istəyib. Fəqət Feliks bu təklifə "yox" deyib.

Qeyd edək ki, o, "Barselona" ilə bir illik müqaviləyə qol çəkib.