"Çelsi" "Nyu-İnqlend Revolyuşn"un qapıçıcı Corce Petroviçi transfer edib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı qolkiperlə 7+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, C.Petroviç MLS-də ötən mövsümün ən yaxşı ikinci qapıçısı seçilib. O, Serbiya millisində iki oyuna çıxıb.