İngiltərənin "Arsenal" klubu mərkəz hücumçusu Folarin Baloquna qiymət qoyub.

 Offsideplus.az xarici mediaya istinadla xəbər verir ki, "topçular" 22 yaşlı forvardı 45 milyon avroya satacaq.

"Transfermarkt" portalına görə isə Baloqunun transfer dəyəri 30 milyon avrodur.

Qeyd edək ki, ABŞ-li futbolçu ilə "Çelsi" və "Monako" maraqlanır.