"Mançester Yunayted" "Atalanta" və Danimarka millisinin hücumçusunu transfer etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" 20 yaşlı Rasmus Hoylundu heyətinə cəlb etmək istəyir. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
İngiltərə klubu "Atalanta"ya transfer mübadiləsi təklif etsə də, klub razı olmayıb. İtaliya təmsilçisi nağd ödəniş tələb edir. "Atalanta" forvarda 100 milyon avro satış qiyməti qoyub.
Qeyd edək ki, Rasmus ötən mövsüm A Seriyasında 32 oyuna çıxıb, 9 qol və 4 assistə imza atıb.