"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq  "İnter"in qapıçısı Andre Onanı danışıqların uğurlu olacağına inandırıb.

Offsideplus.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki,  "qırmızı şeytanlar" kamerunlu futbolçunun transferinə nikbin yanaşır. Niderlnadlı mütəxəssis şəxsən “Ayaks”da birlikdə çalışdığı qapıçıya MY-nin onu almaq üçün hər şeyi edəcəyini deyib.

İlk rəsmi təklif bu həftənin əvvəlində verilə bilər. "İnter" 60 milyon avro tələb edir, Mançester təmsilçisi isə 50 milyon avro və bonuslar təklif edə bilər.

Fəqan İbrahimli