"Çelsi"dən ayrılacağı gözlənilən Kristian Pulişiç yenidən Bundesliqada çıxış edə bilər.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 24 yaşlı ABŞ-li vinger Dortmund "Borussiya"sına transfer edilə bilər.

Məlumata görə, hazırda tərəflər arasında danışıqlar aparılır.

Qeyd edək ki, Pulişiçin "Çelsi" ilə 2024-cü ilədək müqaviləsi var.