İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "İndependent"ə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, İtaliya "İnter"inin sol cinah müdafiəçisi Federiko Dimarkonu sıralarına qatmağa yaxındır.

Məlumata görə, "qırmızı şeytanlar" artıq 25 yaşlı futbolçu ilə şəxsi razılıq əldə edib.