İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçuyla gücləndirmək istəyir.

 Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Atalanta"nın mərkəz hücumçusu Rasmus Hoylundu sıralarına qatmaq niyyətindədir.

Məlumata görə, İtaliya klubu 20 yaşlı danimarkalı forvard üçün 85 milyon funt sterlinq tələb edir.

Bildirək ki, Hoylundun "Atalanta" ilə 2027-ci ilədək müqaviləsi var.