İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "talkSPORT"a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Atalanta"nın mərkəz hücumçusu Rasmus Hoylundu sıralarına qatmağa çalışır.
"Qırmızı şeytanlar" 20 yaşlı danimarkalı üçün qarşı tərəfə rəsmi təklif göndərəcək.